Ağstafada qəza - piyada öldü

Ağstafada qəza - piyada öldü
09:57

Ağstafada piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

News365.az xəbər verir ki, hadisə rayonda yerləşən restoranların birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan VAZ 2106 markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü E.Rzayevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada