Ad günündə Şəbnəmi geridə qoydu: Görün nə qədər pul toplandı

Ad günündə Şəbnəmi geridə qoydu: Görün nə qədər pul toplandı
10:56

Xəbər verdiyimiz kimi, yanvarın 26-da Xalq Artisti Aygün Kazımovanın möhtəşəm ad günü gecəsi keçirilib.

News365.az xəbər verir ki, paytaxtın ən dəbdəbəli məkanlarından birində təşkil olunan məclisdə ölkənin tanınmış simaları iştirak ediblər.

Gecə ilə bağlı ən çox maraq doğuran məqam isə yığılan vəsait olub. Aygün Kazımova ad günü münasibətilə təqdim olunan hədiyyələr də daxil olmaqla 450 min manatdan artıq məbləğ qəbul edib. Bu göstərici yerli şou-biznes tarixində rekord hesab olunur.

Qeyd edək ki, indiyədək ən yüksək məbləğ müğənni Şəbnəm Tovuzlunun ad günü mərasimində qeydə alınmışdı. Həmin gecədə 173 min manat dəyərində hədiyyə təqdim olunmuşdu./// milli.az


Sizin reklam burada
Sizin reklam burada