Vaşinqton mövcud fikir ayrılıqlarına baxmayaraq, Rusiya hakimiyyəti ilə konstruktiv və hörmətli dialoqa hazırdır.
News365.az xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Linn Treysi bildirib.
"Diplomatik səylərə böyük ehtiyac davam edir. Ruslarla amerikalılar arasında mövcud əlaqələri davam etdirməli və yeni əlaqələr qurmalıyıq. Biz, həmçinin bir çox məsələlərdə mövcud dərin fikir ayrılıqlarına baxmayaraq, Rusiya hakimiyyətinin nümayəndələri ilə hörmətli və konstruktiv dialoqa açıq qalırıq", - o bildirib.