Bakubasa məxsus avtobus ağır qəza törədib, sürücü gizlədilir?

Bakubasa məxsus avtobus ağır qəza törədib, sürücü gizlədilir?
04 Yan 2025 21:01

Xəbər verdiyimiz kimi, Bakı-Qazax yolunun 24-cü kilometrində, Sahil qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. "BakuBus" şirkətinə məxsus 149 saylı sərnişin avtobusu yol kənarında dayanmış Tacikistan Respublikasına aid “TIR” yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində bir sərnişin hadisə yerində dünyasını dəyişib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili olaraq paytaxt xəstəxanalarına çatdırılıb.

İlkin məlumatlara görə, qəzanın əsas səbəbi yük maşınının yolun hərəkət hissəsində dayanması olub. Digər tərəfdən, bəzi mənbələr bildirir ki, avtobusun sürücüsü Zaur Bədəlovun yüksək sürətlə idarə etdiyi nəqliyyat vasitəsini qarşısına çıxan maneədən yayındıra bilməməsi də qəzanın baş verməsinə səbəb olub.

“BakuBus” şirkətinin rəhbəri Hikmət Qəribov bildirib ki, qəzanı törədən sürücü təcrübəli olsa da, hadisə ilə bağlı araşdırmalar davam edir. Qəzadan dərhal sonra hər iki sürücü hüquq-mühafizə orqanları tərəfindən alkoqol testinə aparılıb.

Hadisə yerində hüquq-mühafizə orqanları və tibbi ekspertlər çalışırlar. TƏBİB-dən verilən məlumata görə, yaralıların ikisi "müştərək travmalar" diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ölən sərnişinin nəşi isə aidiyyəti üzrə təhvil verilib.


Ətraflı Space TV-nin sujetində:




Youtube kanalımız