La Liqa "Barselona"nın iki futbolçusuna lisenziya vermədi

La Liqa "Barselona"nın iki futbolçusuna lisenziya vermədi
04 Yan 2025 17:51

İspaniyanın “Barselona” klubunun iki futbolçusu - Dani Olmo və Pau Viktor La Liqa tərəfindən lisenziya verilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kataloniya klubu yanvarın 3-də maliyyə tələblərini yerinə yetirsə də, bu, iki oyunçuya lisenziya verilməsi üçün yetərli deyil. Buna mövcud qaydalar səbəb olub. RFEF-in Ümumi reqlamentinin 130.2 və 141.5-ci maddələrinə əsasən mövsümün gedişində lisenziyası ləğv edilən oyunçu həmin mövsümdə eyni komandada yeni lisenziya ala bilməz.


Youtube kanalımız