“ABŞ qoşunları Ukraynaya göndərilməyəcək, məqsəd sülh sazişidir” - Fikrət Sadıqov

“ABŞ qoşunları Ukraynaya göndərilməyəcək, məqsəd sülh sazişidir” - Fikrət Sadıqov
17:10

"ABŞ qoşunlarının Ukraynaya göndərilməsi istisna olunur ".

Politoloq Fikrət Sadıqov bu sözləri News365.az-a açıqlamasında deyib.  

"ABŞ qoşunlarının Ukrayna ərazisində yerləşdirilməyəcəyi bir daha vurğulanıb. Bildirilib ki, əsas məqsəd sülh sazişinin imzalanmasıdır və bu məsələ hər iki tərəfdən asılıdır.

Məlumata görə, təhlükəsizlik zəmanətləri üçün müxtəlif yollar nəzərdən keçirilir – siyasi və diplomatik mexanizmlərdən tutmuş, lazım gəldikdə hərbi texnikanın Ukraynaya göndərilməsinə qədər. Lakin qoşunların bölgəyə göndərilməsi danışıqlar prosesini qızışdıraraq əldə olunacaq nəticələri təhlükə altına sala bilər.

Qeyd olunub ki, ABŞ hazırda moderator rolunu icra edir və prosesi sona çatdırmaq niyyətindədir. Prezident Donald Trampın Ukraynaya təhlükəsizlik zəmanəti verməsi və qoşun göndərməsi ehtimalı isə Rusiyanın sərt reaksiyasına səbəb ola bilər."


Sizin reklam burada
Sizin reklam burada