ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn diqqət çəkən açıqlamalar verib. The Hill-in yaydığı məlumata görə, o, iddia edib ki, Rusiya prezidenti Vladimir Putin münaqişə Moskvanın xeyrinə bitsə belə, Ukraynada dayanmayacaq. O, bunu ABŞ Konqresində dinləmələr zamanı deyib.
Məqalədə qeyd edilir ki, bu cür ritorika ABŞ prezidenti Donald Trampın məlum məsələyə dair mövqeyi ilə kəskin ziddiyyət təşkil edir.
Qəzet yazır ki, dinləmə zamanı senator Lindsi Qrem (Rusiyada terrorçu və ekstremistlər siyahısına salınıb-red.) Keynə xarici münaqişələrlə bağlı bir sıra suallar verib. O, Putinin Ukraynada dayanacağı da soruşub.
Keyn bu suala "İnanınmıram ki bu belə olsun!" cavabını verib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural