ABŞ İrana endirdiyi zərbələrin VİDEOSUNU YAYDI

ABŞ İrana endirdiyi zərbələrin VİDEOSUNU YAYDI
08 Mar 2026 15:50

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranda hərbi hədəflərə endirilən zərbələrin görüntülərini yayımlayıb.

 CENTCOM sosial şəbəkə platforması X-də yayımlanan paylaşımda İran Silahlı Qüvvələrinə məxsus olduğu deyilən nəqliyyat vasitələrinin məhv edildiyi kadrları yayıb. CENTCOM paylaşımda ABŞ müdafiə naziri Pit Heqsetin sözlərini də sitat gətirib.

“Əgər siz amerikalıları öldürsəniz, dünyanın istənilən yerində amerikalılara hədə-qorxu gəlsəniz, biz sizi üzr istəmədən və tərəddüd etmədən tapacaq və məhv edəcəyik”, – deyə o bildirib.

 


Sizin reklam burada
Sizin reklam burada