ABŞ-ın Qrenlandiyaya ehtiyacı var - Tramp

ABŞ-ın Qrenlandiyaya ehtiyacı var - Tramp
26 Mar 2025 21:15

Biz Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq.


News365.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp yerli kanala müsahibəsində deyib.


O, ada sakinlərinin ABŞ vətəndaşlığını istəmələri ilə bağlı məlumatsız olduğunu bildirib. ABŞ prezidenti milli təhlükəsizlik səbəbindən ölkənin Qrenlandiya üzərində nəzarətə ehtiyacı olduğunu vurğulayıb.


Qeyd edək ki, martın 28-də ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və həyat yoldaşı Uşa Vens Qrenlandiyaya səfər edəcək və ABŞ hərbi bazasına baş çəkəcəklər. Bu səfər ciddi müzakirələr yaradıb


Sizin reklam burada
Sizin reklam burada