ABŞ-də hərbçilərə atəş açan şəxsin kimliyi açıqlandı

ABŞ-də hərbçilərə atəş açan şəxsin kimliyi açıqlandı
09:43

Xəbər verdiyimiz kimi, 2 gün öncə Vaşinqtonda Milli Qvardiyanın əsgərlərinə atəş açılıb, iki əsgər ağır yaralıb, onlardan biri sonradan həlak olub. Hərbçilərə atəş açan həmin şəxsin kimliyi açıqlanıb.

News365.az xəbər verir ki, o, 29 yaşlı əfqan miqrant Rəhmanullah Laqanvaldır. 

Laqanvalın ABŞ-yə köçməzdən əvvəl Əfqanıstandakı tərəfdaş qüvvələrlə əlaqələri olub. Hadisədə şübhəli bilinən şəxs Əfqanıstanda Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edib.

CIA direktoru Con Ratcliffe bildirib ki,  sözügedən şəxs Bayden administrasiyası dövründə ABŞ-yə gəlib.


Sizin reklam burada
Sizin reklam burada