Avropa Birliyi bir sıra sahələrdə Suriyaya tətbiq edilən sanksiyaları dayandırmaq niyyətindədir.
News365.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Agentliyin əldə etdiyi sənəddə AB Şurasının Suriyaya qarşı energetika, nəqliyyat, müharibədən sonrakı rekonstruksiya, habelə bu sahələrlə bağlı maliyyə və bank əməliyyatlarının aparılmasına sanksiyaların dayandırılmasından söz açılır.