Qazaxıstan qara qutuları Braziliyaya göndərdi

Qazaxıstan qara qutuları Braziliyaya göndərdi
30 Dek 2024 19:59

Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin qara qutuları Braziliyaya göndərilib.


News365.az xəbər verir ki, bu barədə “Kazinform Nyus” məlumat yayıb.


Məlumata görə, qara qutular Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) çatdırılacaq.


Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.


Youtube kanalımız