ABŞ-da atışma: 6 yaralı var

ABŞ-da atışma: 6 yaralı var
10:29

ABŞ-ın Baltimor şəhərində atışma nəticəsində altı nəfər yaralanıb.

Bu barədə hüquq-mühafizə orqanlarına istinadən "CBS News" kanalı məlumat yayıb.
 

Qurbanlardan biri qolundan güllə yarası alan beş yaşlı qızdır. Yaralılardan birinin vəziyyəti ağırdır. O, əməliyyat olunmaq üçün yerli xəstəxanaya aparılıb.


Polisin məlumatına görə, axşam saatlarında baş verən atışma zamanı xəsarət alanlar evlərinin eyvanında yemək yeyirmişlər.

Hazırda şübhəli şəxslər müəyyən edilməyib.


Sizin reklam burada
Sizin reklam burada