4-cü mərtəbədən yıxılan körpə sağ qaldı

4-cü mərtəbədən yıxılan körpə sağ qaldı
09 İyn 2025 12:50

Rusiyanın Leninqrad vilayətində balaca qız dördüncü mərtəbənin pəncərəsindən yıxılsa da sağ qalıb. Bu barədə “47channel” məlumat yayıb. Qeyd edilib ki, uşaq xəstəxanaya yerləşdirilib.

 

Hadisə regionun Tosnenski rayonunda baş verib. Nəşrin məlumatına görə, iki yaşlı uşaq anasının məşğul olmasından istifadə edib. 21 yaşlı ana axşam yeməyi hazırladığı üçün hadisə zamanı mətbəxdə olub.

"Qadın yemək hazırlamaqla məşğul olarkən qızı pəncərəyə çıxıb və ağcaqanad toruna söykənib. Uşaq yıxıldıqdan sonra valideyn küçəyə qaçaraq qızını evə aparıb və oradan təcili yardım çağırıb. Xəsarətlər alan uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.İki yaşlı qıza kəllə-beyin travması və katatravma diaqnozu qoyulub. Uşaq hazırda reanimasiyadadır", - nəşr yazır.

Tural


Sizin reklam burada
Sizin reklam burada