ABŞ və Böyük Britaniya 1945-ci ilin yayında Qırmızı Orduya hücum planlaşdırmışdı. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Bilik. Birinci" marafonunda çıxış edərkən deyib.
“Böyük Britaniyanın baş naziri Uinston Çörçillin göstərişi ilə ən ciddi məxfilik şəraitində “Nemıslimaya" kod adlı xüsusi əməliyyat hazırlanmağa başlandı. Onun məqsədi Sovet qoşunlarını Şərqi Almaniya və Polşadan zorla çıxarmaq idi”,- Rusiya rəsmisi deyib.
Medvedev qeyd edib ki, Çörçill hətta o vaxt Sovet İttifaqının nəzarətində olan Şərqi Avropanın mümkün işğal tarixini də göstərib.
"1 iyul 1945-ci il. Bu nə deməkdir? Hətta vaxtı London bizə qarşı üçüncü dünya müharibəsi hazırlayırdı", - Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib.
Tural