Ötən il Azərbaycandakı dövlət məktəbəqədər təhsil müəssisələrində 48 mindən artıq xəstəlik hadisəsi qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən News365.az xəbər yayıb.
Statistikaya əsasən, xəstələnən uşaqlardan təxminən 10 mini 3 yaşdan kiçik olub.
Bağçalarda uşaqlar arasında ən geniş yayılan xəstəliklər qrupuna qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyaları daxildir – ötən il bu diaqnozla 27 minə yaxın hal qeydə alınıb.
Bundan başqa, uşaqlar arasında angina (kəskin tonzillit – 15 653 hal), pnevmoniya (234 nəfər), skarlatina (429 hal), bakterial dizenteriya (211) və digər xəstəliklər (4406) müşahidə olunub.
Eyni zamanda, bədbəxt hadisələr, zəhərlənmələr və zədələnmələr nəticəsində 62 uşaq qeydə alınıb.