Aparıcı İlkin Həsəni enerjidoldurma stansiyalarının işləməməsindən gileylənib.
News365.az xəbər verir ki, o, stansiyanın görüntülərini yayımlayaraq, 12 gündür işləmədiyini bildirib:
"Arada işlərini görə bilməyən bu enerjidoldurma stansiyalarını da yada salaq: məsələn, Ecobriz, 12 gündür stansiya işləmir. Adamların heç veclərinə də deyil. Bu, təkcə bu şirkətə aid deyil, Bakı və rayonlarda işləməyən bəzi şirkətlərin stansiyalarına da aiddir, qarşıma çıxdıqca paylaşacağam".