Zelenskidən acı etiraf: "NATO üzvlüyümüz mümkün deyil"

Zelenskidən acı etiraf: "NATO üzvlüyümüz mümkün deyil"
12:51

Ukrayna prezidenti Vladimir Zelenski ölkənin NATO-ya üzvlüyünün Şimali Atlantika Alyansı üçün də zəruri olduğunu deyib. Lakin o, etiraf edib ki, bu gün belə bir proses mümkün deyil. Onun sözlərini Britaniyanın Sky News telekanalı sitat gətirib.


Siyasətçinin sözlərinə görə, NATO ölkələrinin Ukrayna kimi müttəfiqinin olması alyansın özünə faydalıdır. O, iddia edib ki, Kiyevdə tərəfdaşlarında hələ ki,k olmayan texnologiyalar var. Zelenski Ukraynanın 10 ildir ki, münaqişə vəziyyətində olmasını da xatırladıb.


"Söhbət təkcə döyüş meydanından getmir. Söhbət iqtisadiyyatdan gedir, həyatda qalmaqdan, kiberhücumlardan, bank sistemindən, enerji sektorundan gedir", - Zelenski deyib.


Eyni zamanda, Ukrayna lideri qeyd edib ki, NATO-ya üzvlük “qarşılıqlı fürsət və ehtiyacdır”. Bununla belə, siyasətçi bir daha qeyd edib ki, bu gün ölkənin Şimali Atlantika Alyansına qoşulması mümkün deyil.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada