Ukrayna avqustun 21-nə keçən gecə ən intensiv kombinə edilmiş zərbələrdən birinə məruz qalıb.
News365.az xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Zelenski öz "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, 574 hücum pilotsuz uçuş aparatı və 40 raketdən istifadə edilib.
Siyasətçi bunu antirekordlardan biri adlandırıb.
Avqustun 21-nə keçən gecə bütün Ukrayna ərazisində hava hücumu ilə bağlı həyəcan siqnalı verilib.