"Zelenski Tramp üçün legitim rəhbər deyil" -Ukraynalı deputat

"Zelenski Tramp üçün legitim rəhbər deyil" -Ukraynalı deputat
30 Yan 2025 14:36

Ukrayna lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Tramp administrasiyası üçün legitim siyasətçi deyil. Bu barədə dövlətə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında saxlanılan ukraynalı deputat Aleksandr Dubinski özünün Telegram kanalında yazıb.


“Zelenski Ağ Ev administrasiyasının gözündə legitim siyasətçi deyil. Heç kim onunla heç bir şey haqqında, xüsusən də onu ikinci müddətə saxlamaqla bağlı danışıqlar aparmaq istəmir”,- siyasətçi qeyd edib.


Dubinskinin sözlərinə görə, Zelenski bu gün yalnız vəziyyəti həll etmək üçün lazım olan funksiyanı yerinə yetirir.

Tural