Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə görüşünün şərtlərini açıqlayıb.
News365.az xəbər verir ki, Zelenski bildirib ki, Ukraynaya təhlükəsizlik zəmanəti verilərsə, Putinlə görüşə bilər.
Rusiya lideri ilə görüşün Türkiyə, İsveçrə və ya Avstriyada ola biləcəyini qeyd edən Zelenski, “Təhlükəsizlik zəmanətləri ilə bağlı razılıq əldə olunduqdan sonra Putinlə görüş mümkündür” deyib.
Qeyd edək ki, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak bəyan edib ki, Avropa və NATO ölkələri konkret hərbi təhlükəsizlik təminatlarını artırmaq və gələcək hücumların qarşısını almaq üçün öz milli təhlükəsizlik müşavirləri ilə gündəlik koordinasiya prosesinə başlayıblar .