Zelenski Putinlə Budapeştdə görüşmək istəmir - SƏBƏB

Zelenski Putinlə Budapeştdə görüşmək istəmir - SƏBƏB
12:52

Ukrayna və Rusiya prezidentlərinin görüş yeri kimi neytral Avropa ölkələrindən birinin seçilməsi ədalətli olardı.

News365.az xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Çünki Ukraynada və Avropa qitəsində müharibə gedir. İsveçrə, Avstriya olsun - razıyıq. Türkiyə? Bizim üçün Türkiyə NATO ölkəsidir və Avropanın bir hissəsidir. Biz də buna qarşı deyilik. Çünki mənim üçün heç bir xüsusi şərt olmadan görüş Ukrayna tərəfinin də proaktiv hərəkətidir. Moskvada görüş ola bilməz", - Zelenski bildirib.

Putinlə Macarıstanda görüş keçirməsinə gəlincə, Zelenski bunun sadə məsələ olmadığını deyib:

"Bir platforma olaraq Budapeştə gəlincə, mənə elə gəlir ki, bu, asan məsələ deyil. Çünki bu müharibə zamanı Ukraynanı dəstəkləməkdə bütün Avropa ölkələri arasında birlik var. Düzünü desək, Budapeşt bizi dəstəkləmədi. Mən demirəm ki, Orbanın siyasəti Ukraynaya qarşı olub, amma Ukraynanın dəstəklənməsinə qarşı olub", - Zelenski vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada