Zelenski ABŞ-dan gələn şərtlərə hazırdırmı?- Politoloqdan şərh

Zelenski ABŞ-dan gələn şərtlərə hazırdırmı?- Politoloqdan şərh
12:45

"Burada, həm də digər tərəfin – yəni həm Vezin, həm də Rubionun təşəbbüsü məsələsi var. Çünki telefon danışığından öncə onlar Trampa Ukraynanın hansı məsələlərdə güzəştə getdiyini və nələrdə güzəşt edə bilməyəcəyini konkret şəkildə çatdırmalı idilər. Bu, məsələnin birinci tərəfidir."

Politoloq Rəşad Bayramov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"İkinci tərəfi isə Zelenskinin narahatlığı ilə bağlıdır və bu da başa düşüləndir. Belə ki, İstanbulda keçirilən görüş zamanı Rusiya nümayəndə heyəti açıq şəkildə bildirmişdi ki, onların irəli sürdüyü şərtlər qəbul olunmazsa, müharibə daha ağır və kəskin fazaya keçəcək. Bu isə Zelenskinin başa düşməsinə səbəb olub ki, ABŞ ilə – nəyin bahasına olursa olsun – mütləq şəkildə atəşkəs əldə edilməlidir.

Bu vəziyyət Zelenskidə bir qorxu yaradıb. Həmin qorxu da ondan ibarətdir ki, bu atəşkəsin əldə olunması əvəzində ABŞ faktiki olaraq Ukraynanın təbii resurslarını çıxarmağa başlaya bilər. Bunun müqabilində isə Tramp hansısa sahələrdə güzəştə gedə və ya Ukraynanı müəyyən öhdəliklər götürməyə məcbur edə bilər. Bu baxımdan Zelenskinin narahatlığı tam təbiidir.

Məhz buna görə də Ukrayna tərəfi əvvəlcədən hansı məsələlərdə güzəştə gedə biləcəklərini açıqlayıb. Eyni zamanda bəyan ediblər ki, ABŞ tərəfindən irəli sürülə biləcək, lakin Ukraynanın qəbul edə bilməyəcəyi hər hansı şərtlər onları narahat edir."



Sizin reklam burada
Sizin reklam burada