Yanacaqdoldurma məntəqəsindən oğurluq edən şəxs saxlanılıb

Yanacaqdoldurma məntəqəsindən oğurluq edən şəxs saxlanılıb
20:20

Mersində yanacaqdoldurma məntəqəsində yanacaq oğurlanıb.

News365.az xəbər verir ki, sürücü avtomobilinə yanacaq doldurduqdan sonra ödəniş etmədən ərazidən uzaqlaşıb.

Yanacaqdoldurma məntəqəsinin müraciəti əsasında aparılan araşdırmalar nəticəsində sürücü qısa müddət ərzində saxlanılıb. Hadisə ilə bağlı sürücü və avtomobilin sahibinə ümumilikdə 53 min 832 lirə (2092 manat) məbləğində inzibati cərimə tətbiq edilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada