Xəyanət videosuna görə üzr istədi

Xəyanət videosuna görə üzr istədi
14:56

Böyük Britaniyanın məşhur rok qrupu “Coldplay”in konsertində “Astronomer” IT şirkətinin rəhbəri Endi Bayron​un xəyanəti üzə çıxıb.

News365.az-ın xarici KİV-ə istinadən məlumatına əsasən, o, hadisəyə görə üzr istəyib.

“İnternetdə yayılan həmin anı və bunun yaratdığı məyusluğu etiraf etmək istəyirəm. Həyat yoldaşımdan, ailəmdən və “Astronomer”dəki komandamdan səmimi qəlbdən üzr istəyirəm. Siz bir tərəfdaş, bir ata və bir lider olaraq məndən daha yaxşısına layiqsiniz. Özümə zaman ayırıram – düşünmək, məsuliyyəti üzərimə götürmək və növbəti addımları müəyyənləşdirmək üçün”, - deyə o, açıqlamasında bildirib.

Xatırladaq ki, Amerika şirkətinin baş direktoru olan Endi Bayron öz həmyaşıdı, 50 yaşlı Meqan Kerriqan Bayronla evlidir. Xəyanətdə adı keçən qadın Kristin Kebot isə sözügedən şirkətin HR müdiridir. Onun da evli olduğu bildirilir.





Sizin reklam burada
Sizin reklam burada