Ukraynanın Azərbaycandakı səfirliyi 2014-cü il 17 iyul tarixində Ukrayna səmasında Malayziya Hava Yollarına məxsus təyyarənin Rusiya tərəfindən vurulmasının ildönümü münasibətilə paylaşım edib.
News365.az xəbər verir ki, səfirliyin “X” hesabındakı paylaşımda deyilir:
“Bu gün Rusiyanın MH17 reysi ilə uçan təyyarəni vurmasından və nəticədə 298 nəfər günahsız insanın həyatını itirməsindən 11 il ötür. 2024-cü ildə Rusiya həmin əməli J2-8243 reysli təyyarəyə qarşı da törədib. İki cinayət, bir üslub - qətl, yalanlar və toxunulmazlıq. Ədalət üstün gəlməlidir”.
Qeyd edək ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan edib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.