Ukrayna Macarıstana neft nəql edən kəməri yenə vurdu

Ukrayna Macarıstana neft nəql edən kəməri yenə vurdu
22 Avq 2025 10:53

Ukraynanın hücumu nəticəsində Macarısana Rusiya neftini nəql edən "Drujba" neft kəməri yenidən fəaliyyətini dayandırıb.

News365.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto öz "Facebook" səhifəsində məlumat verib.

    O qeyd edib ki, hadisə Rusiya-Belarus sərhədində baş verib.

    Adı çəkilən neft kəməri avqustun 18-də endirlən zərbədən sonra təzə təmir olunmuşdu.


    Sizin reklam burada
    Sizin reklam burada