Ukraynanın Kuraxovo ərazisinin mikrorayonlarından birində Rusiya bayrağı qaldırılıb. Bu barədə "Gazeta" məlumat yayıb.
“Ərazidən verilən məlumata görə, Yujnı mikrorayonu və onunla birlikdə Kuraxovodakı bütün yaşayış binaları Ukrayna Silahlı Qüvvələrindən tamamilə təmizlənib”, - məlumatda deyilir.
Bildirilib ki, bayrağı çoxmərtəbəli binalardan birində “Solnçe” çağırış nişanlı 110-cu briqadanın döyüşçüsü qaldırıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural