Ukrayna hökuməti 2026-cı ildə dövlət büdcəsinin 50 faizini silahların alınması və istehsalına ayırmağı planlaşdırır.
News365.az xəbər verir ki, bunu ölkənin baş naziri Yuliya Svırıdenko açıqlayıb.
Onun sözlərinə görə, gələn ilin əsas prioritet istiqamətləri müdafiə və təhlükəsizlik, Avropaya inteqrasiya, antikorrupsiya tədbirləri, vətəndaşların rifahı, veteranlarla bağlı siyasət, makromaliyyə sabitliyi, islahatlar, biznesin inkişafı, səhiyyə və idman, təhsil və elm, yenidənqurma və mədəniyyət sahələri olacaq.
Bundan əlavə, qış mövsümündə sabitliyin təmin edilməsi də hökumətin əsas hədəfləri sırasındadır.
Qeyd edək ki, 2026–2027-ci illərdə Ukraynanın 37 milyard dollar həcmində makromaliyyə dəstəyi cəlb etməsi nəzərdə tutulur.
News365.az