Türkiyədə “tatilçi” kimi maskalanan qadın baş həkimin evini qarət etdilər

Türkiyədə “tatilçi” kimi maskalanan qadın baş həkimin evini qarət etdilər
17 İyl 2025 13:11

İstanbulun Kadıköy rayonunun Bostancı qəsəbəsində yerləşən lüks bir yaşayış kompleksində, hasır şapka və yay geyimləri ilə diqqət çəkmədən binaya daxil olan qadın hırsızlar, keçmiş baş həkim və akademik Prof. Dr. İsmail Cinelə məxsus mənzili qarət ediblər. Hadisə zamanı təxminən 500 min lirə dəyərində zinət əşyalarının oğurlandığı bildirilib.

News365.az-ın məlumatına görə, 3 qadın hırsız özləri ilə bir uşaq da gətirərək, binada tətildə olan ailələrə bənzəməyə çalışıblar. Hasır şapka və yay paltarı geyinən qadınlar üzlərini təhlükəsizlik kameralarından gizlədərək, mühafizə nöqtəsini keçib binaya daxil olublar.

Binaya girdikdən sonra bütün mənzillərin qapılarını döyən qadınlar, cavab gəlməyən evlərin boş olduğunu müəyyənləşdirərək hədəf seçiblər. Onların daxil olduğu mənzillərdən biri də Prof. Dr. İsmail Cinelə məxsus olub.

Polis hadisə ilə bağlı araşdırma aparır.


Sizin reklam burada
Sizin reklam burada