Türkiyədə iki zavod yanır - FOTO

Türkiyədə iki zavod yanır -  FOTO
18 Apr 2024 09:26

İzmir şəhərinin Çiğli rayonundakı Atatürk Mütəşəkkil Sənaye Bölgəsində yer alan kauçuk və plastik zavodlarında yanğın baş verir.

Bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, yanğın hələlik bəlli olmayan səbəblərdən ilk öncə kauçuk zavodunda başlayaraq sonradan plastik zavoduna sıçrayıb.

Hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Olayda ölən və ya yaralananların olub-olmadığı açıqlanmayıb

Məqaləyə dair fotomateriallar:


Youtube kanalımız

Oxşar xəbərlər