Türkiyədə hərbi servis aşıb: 13 nəfər xəsarət alıb

Türkiyədə hərbi servis aşıb: 13 nəfər xəsarət alıb
16:25

Türkiyənin Erzurum şəhərində hərbi personalı daşıyan midibüsün qəzaya uğraması nəticəsində 13 nəfər xəsarət alıb.

News365.az-ın məlumatına görə, hadisə şəhərin İbrahim Həqqı məhəlləsində, Şimal Dairəvi Yolu üzərində qeydə alınıb. F.D. idarə etdiyi hərbi personal daşıyan servis avtobusu qəfil manevr nəticəsində idarəetmədən çıxaraq aşıb.

Qəza barədə məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Qəza nəticəsində sürücü və avtobusda olan 12 hərbi qulluqçu yüngül xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onların həyati təhlükəsinin olmadığı bildirilib.

İlkin ehtimallara görə, qəza midibüsün qarşısına tali yoldan başqa bir avtomobilin çıxması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada