Türkiyənin İstanbul şəhərində dəhşətli cinayət hadisəsi baş verib. Sarıyer rayonunun Bahçeköy qəsəbəsində yerləşən meşəlik ərazidə 25 yaşlarında bir kişi meyiti aşkarlanıb.
News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, səhər saatlarında meşəlik sahədə gəzən bir vətəndaş kollar arasında hərəkətsiz vəziyyətdə yatan şəxsi görərək dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.
Hadisə yerinə gələn təcili yardım əməkdaşları həmin şəxsin artıq həyatını itirdiyini müəyyən ediblər. Polis ərazini təhlükəsizlik lentilə mühasirəyə alaraq araşdırmalara başlayıb.
İlkin məlumata görə, meyitin təxminən 25 yaşlı bir kişiyə aid olduğu, başına qara zibil torbası keçirilib və yapışqan lentlə bərkidildiyi müəyyən olunub. Bundan əlavə, meyitin yaxınlığında rus dilində yazılmış bir qeyd və şəxsi əşyalar da tapılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, hüquq-mühafizə orqanları qətl ehtimalını əsas versiya kimi araşdırır.
News365.az