Türkiyədə ağır qəza: ölən və yaralananlar var

Türkiyədə ağır qəza: ölən və yaralananlar var
10:23

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az TRT-yə istinadla xəbər verir ki, hadisə Anadolu şossesinin Bolu hissəsində qeydə alınıb.

Belə ki, İstanbuldan Malatyaya hərəkət edən sərnişin avtobusu qarşısında gedən yük maşınına çırpılıb.

Qəza nəticəsində avtobusun sürücüsü  ölüb, 10 sərnişin isə yaralanıb.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb. 


Sizin reklam burada
Sizin reklam burada