Tramp: ABŞ Ukraynaya silah yardımını davam etdirir

Tramp: ABŞ Ukraynaya silah yardımını davam etdirir
13:01

Bəzi silah növlərinin Kiyevə tədarükünün dayandırılmasına baxmayaraq, ABŞ Ukraynaya silah yardımını davam etdirir.

News365.az xəbər verir ki, ABŞ mediası bu barədə Birləşmiş Ştatların Prezidenti Donald Trampa istinadla məlumat yayıb.

Dövlət başçısının sözlərinə görə, bu cür yardımı təmin etmək həmişə mümkün olmur və bunda sabiq prezident Cozef Bayden təqsirkardır.

“Cozef Bayden Ukraynaya o qədər silah verib ki, öz ehtiyatlarımız tükənib. Biz anbarlarımızda kifayət qədər silahın mövcudluğuna əmin olmalıyıq”, - deyə Donald Tramp bildirib.

Qeyd edək ki, həftənin əvvəlində ABŞ administrasiyası müəyyən növ silahların Ukraynaya tədarükünün dayandırıldığını elan edib. Burada əsasən hava hücumundan müdafiə sistemləri üçün raketlərdən söhbət gedir. Vaşinqton bunu ABŞ-da həmin sursatların ehtiyatlarının tükənmək üzrə olması ilə əlaqələndirib.


Sizin reklam burada
Sizin reklam burada