"Toyuq dönəri ən riskli qidalardandır"- Ağa Salamov

"Toyuq dönəri ən riskli qidalardandır"- Ağa Salamov
17 Fev 2024 13:06

Qida mütəxəssisi Ağa Salamov feysbuk səhifəsində uşaqların toyuq dönərdən zəhərlənməsi ilə bağlı paylaşım edib.  

News365.az paylaşımı təqdim edir:

“Azərbaycanda toyuq dönərinin satışı geniş yayılıb. Toyuq dönəri satılan dönərxanalarda antisanitar vəziyyət hökm sürür. Mənşəyi məlum olmayan toyuq məmulatlarının satışı həyata keçirilir. Emal prosesinin düzgün getməməsi, standartlara cavab verməyən mətbəx, çarpaz çirklənmə, məhsulların düzgün şəraitdə saxlanmaması da zəhərlənmə hallarını qaçılmaz edir. Toyuq dönəri ən riskli qidalardandır, çünki salmonella bakteriyasından hər il yüz minlərlə insan ölür. Ən öldürücü bakteriyalardan biridir. Qoyun, mal ətindən zəhərlənmə ölümə səbəb olmaya bilər, amma toyuqdan zəhərlənmə daha çox ölümə səbəb ola bilər. 

Düşünürəm ki, toyuq dönəri satılan dönərxanalara ciddi nəzarət olmalıdır, standartlara uyğun olmayanları bağlanmalıdır”.


Sizin reklam burada
Sizin reklam burada