Prezident Zirvə görüşündə çıxış edib - YENİLƏNİB

Prezident Zirvə görüşündə çıxış edib - YENİLƏNİB
16:35

Zirvə görüşünə yekun vuran Prezident İlham Əliyev dedi: 

-Əziz dostlar.  İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü başa çatır. 

Bu Zirvə görüşündə iştirakınıza, fikir və təkliflərinizə görə hər birinizə təşəkkürümü bildirirəm.  Xankəndi Zirvə görüşü bizim dostluğumuzun daha bir bariz nümunəsinə çevrildi.  Əminəm ki, səsləndirilən fikirlər və təkliflər katiblik tərəfindən ümumiləşdiriləcək və ECO-nun gələcək fəaliyyətində, o cümlədən 2026-2035-ci illər üçün inkişaf sənədinin hazırlanmasında nəzərə alınacaq. 

Həm Zirvə görüşünün, həm də Biznes Forumun, Gənclər Forumunun və Qadınlar Forumunun keçirilməsinə verdikləri dəstəyə görə ECO-nun Baş katibi cənab Əsəd Xana və katibliyə təşəkkür edirəm.  Son olaraq, ECO Həftəsinə töhfə vermiş forumların iştirakçılarına və məruzəçilərə təşəkkürümü bildirirəm. 

Beləliklə, Zirvə görüşü bağlı elan olunur. Bir daha hər birinizə öz dərin minnətdarlığımı bildirirəm. Sağ olun.

***

"Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub".

News365.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.


Sizin reklam burada
Sizin reklam burada