Təyyarə okeana düşdü - 3 nəfər həlak oldu

Təyyarə okeana düşdü - 3 nəfər həlak oldu
12:26

ABŞ-nin Kaliforniya ştatında təyyarənin Sakit okeana düşməsi nəticəsində 3 nəfərin həyatını itirdiyi bildirilir. 

News365.az xəbər verir ki, hadisə ilə bağlı ABŞ Sahil Mühafizəsi məlumat yayıb.

Açıqlamada, iki mühərrikli Beechcraft markalı təyyarənin San Karlos hava limanından qalxdıqdan sonra Monterey sahillərində okeana çırpıldığı qeyd edilib.

Qəzadan dərhal sonra axtarış-xilasetmə əməliyyatları başlanılıb. Dalğıc qruplarının apardığı işlər nəticəsində, təyyarənin qəzaya uğramasından sonra 3 nəfərin cəsədinin tapıldığı bildirilib.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəzanın səbəblərini araşdırmağa başlayıb.


Sizin reklam burada
Sizin reklam burada