Tehran: Qərb təzyiqi nəticə verməyəcək

Tehran: Qərb təzyiqi nəticə verməyəcək
13:48

Qərbin təzyiqləri nüvə hüquqlarımızdan imtina etdirməyəcək.

News365.az xarici mediaya istinadla xəbər verir ki, İranın beynəlxalq məsələlər üzrə eksperti Seyyid Hadi Seyyid Əfqahi bildirib ki, Tehran dinc nüvə proqramını davam etdirməkdə qətidir və Qərbin siyasi təzyiqləri ölkənin mövqeyini dəyişməyəcək. 

Onun sözlərinə görə, İran nüvə fəaliyyətlərinin beynəlxalq normalara uyğun olduğunu dəfələrlə nümayiş etdirib və bu sahədə öz qanuni hüquqlarını qorumaqda israrlıdır. 

Ekspert əlavə edib ki, Tehran bu hüquqları həm diplomatik, həm də qanuni vasitələrlə müdafiə edəcək.



Sizin reklam burada
Sizin reklam burada