Rusiyada maraqlı hal aşkarlanıb. Vladivostok sakini Tailandda istirahət etdikdən sonra tibbi yardıma ehtiyac duyub. Bu barədə PrimaMedia xəbər agentliyi məlumat yayıb.
"Qaın tətildən sonra sol ayağında dərinin altında hərəkətlənmələr müşahidə edib. Turist keçirdiyi qəribə hisslər üzündən gecələr də yata bilməyib. Bundan əlavə, o, ehtimal etdiyi bu parazitlərin daxili orqanlara da keçə biləcəyindən narahat imiş. Eyni zamanda, qadın həmin ayaq nahiyəsinə əli ilə basdıqda, qurdlar tez bir zamanda başqa nahiyəyə "köçüblər",- nəşr yazıb.
Mütəxəssislər xəstədə ankilostomoz olmasını ehtimal ediblər. Bu infeksiyaya adətən torpaqda yaşayan və zədələnmiş dəridən bədənə daxil ola bilən qurdlar səbəb olurlar.
"Xəstəliyin simptomlarına şişlik, qızartı, qaşınma, dəri altında xüsusi "keçidlərin" əmələ gəlməsi, qarının yuxarı hissəsində ağrılar, ishal və arıqlama aiddir", - nəşr yazıb.
Xəstəyə qurdun fəaliyyətini dayandırmağa kömək edən bir dərman təyin edilib. Bir neçə gündən sonra qadın problemdən qurtulub.
Tural