Şuşa şəhəri, Turşsu qəsəbəsi və 37 kənddən ibarət Şuşa rayonunun işğal olunması nəticəsində 16 299 nəfər dinc sakin didərgin salınıb.
News365.az xəbər verir ki, bu barədə Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.
O qeyd edib ki, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 2 min 769 ədəd əmlak üzrə 391 milyon manatdan artıq maddi ziyan vurulub.