News365.az xəbər verir ki, Şuşa şəhərin mərkəzi meydanında təşkil edilən konsert proqramına şəhər sakinlərinin marağı böyük olub.
Qeyd edək ki, tədbirdə Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin əməkdaşları, millət vəkili Polad Bülbüloğlu, şəhər sakinləri iştirak ediblər.
Tədbirin yekununda atəşfəşanlıq olub.