News365.az xəbər verir ki, konsertdə Azərbaycan estradasının ulduzları proqramlar ilə çıxış edirlər.
Konsert proqramı paytaxt sakinləri tərəfindən maraqla qarşılanır.
44 günlük Vətən müharibəsinin dördüncü ildönümü şərəfinə paytaxt, o cümlədən Dənizkənarı Milli Park, eləcə də şəhərin digər parkları və mərkəzi küçələri, binalar və evlərin eyvanları Azərbaycan bayrağı ilə bəzədilib. Bilbordlarda, monitorlarda və bannerlərdə Xarıbülbül nişanı və Qələbə şüarlarını görmək olar.
***
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda təşkil edilən konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Dənizkənarı Milli Parkın ərazisindəki Saat qülləsinin yanında təşkil olunmuş konsert tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Paytaxtımızın minlərlə sakininin və qonaqlarının maraqla izlədiyi konsertdən sonra möhtəşəm atəşfəşanlıq olub, paytaxtın qaranlıq gecəsi al-əlvan rənglərə boyanıb.