ABŞ-də yenidən prezident seçilən Donald Trampa böyük dəstək verən İlon Maskın trans qızı Vivian Jenna Wilson Trampın qələbəsindən sonra ABŞ-ni tərk etmək qərarına gəlib.
News365.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, 2022-ci ildən bəri atası ilə danışmayan və soyadını dəyişdirən 20 yaşlı Wilson Trampın seçkilərdəki qələbəsindən sonra sosial mediada paylaşdığı mesajda yazıb:
“Bir müddətdir ki, bu haqda düşünürdüm, amma Dünən bəlli oldu ki, mən ABŞ-də özüm üçün gələcək görmürəm”.
Qeyd edək ki, Maskın birinci həyat yoldaşı Justine Wilsondan olan qızı Vivian Jenna Wilson, cinsiyyət dəyişdirmə prosesini dəstəkləməyən atası ilə əlaqələrini kəsib.