Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News365.az-ın məlumatına görə, Samux rayon sakini Rəşid Məmmədov “QAZel” markalı mikroavtobusla istixanada çalışan həmkəndlilərini işə apararkən diqqətinin mobil telefona yönəlməsi səbəbindən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb, 26 yaşlı sərnişin Vüqar Əsgərov hadisə yerində həyatını itirib.
Ağır olan isə odur ki, Vüqarın atası da bir müddət əvvəl yol-nəqliyyat hadisəsində dünyasını dəyişib.