Sürücü qadını döyən keçmiş deputata cəza kəsildi - VİDEO

Sürücü qadını döyən keçmiş deputata cəza kəsildi - VİDEO
06 İyn 2025 14:15

Qadını döyərək onun maşınına ziyan vuran Rusiyanın Kirov vilayətinin qanunvericilik məclisinin keçmiş deputatı Vladislav Qukasova müəyyən fəaliyyətlərə qadağa qoyulması şəklində həbs qətimkan tədbiri seçilib. Bu barədə region üzrə İstintaq Komitəsinin saytında məlumat verilib.


"Kirovun Leninski Rayon Məhkəməsi İstintaq Komitəsinin müstəntiqinin xuliqanlıqda şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətinə baxıb. Hakim şübhəli şəxs barəsində 2 ay müddətinə müəyyən hərəkətlərə qadağa qoyulması barədə qərar qəbul edib", - məlumatda deyilir.

Qukasova qarşı cinayət işinin başlanması iyunun 3-də məlum olub. Onun hərəkətləri xuliqanlıq əlamətləri kimi qiymətləndirilib.

Telegram kanallarının məlumatına görə, Qanunvericilik Məclisinin keçmiş nümayəndəsi avtomobili ilə gedərkən bir qadın sürücünün maşını döndərməsini görüb. İddiaya görə, o,  qadının onun yolunu kəsdiyini düşünüb, maşından düşərək avtomobilə vurmağa başlayıb. Daha sonra isə mənbələr kişinin  sürücüyə də hücum etdiyini söyləyiblər. Qadın kəllə-beyin travması və beyin silkələnməsi alıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada