Məşhur amerikalı aktyor Stiven Siqal Moskva vilayətinin Rublyovka adlı ərazisindəki ikimərtəbəli malikanəsini satışa çıxarıb.
News365.az xəbər verir ki, bu barədə RBK NF Group konsaltinq şirkətinə istinadən məlumat yayıb.
Məlumata görə, sahəsi 500 kv. metr olan “Müasir Amerika klassikası” üslubunda dizayn edilmiş malikanədə üç yataq otağı, üç vanna otağı, kinoteatr, şərab otağı, kabinet və iki avtomobillik qaraj var.
Əmlakın qiyməti açıqlanmayıb, lakin jurnalistlər aktyorun 2016-cı ildə Rusiya vətəndaşlığını aldıqdan sonra evi aldığı zaman onun 80-100 milyon rubla (1 milyon 300 min ABŞ dolları) başa gəldiyini bildiriblər.