Şoyqunun prezident seçilən qızı vəd verdi: "Külli miqdarda pul xərclənəcək”

Şoyqunun prezident seçilən qızı vəd verdi: "Külli miqdarda pul xərclənəcək”
07 Sen 2024 23:15

Rusiya Triatlon Federasiyasının rəhbəri Kseniya Şoyqu yenidən bu qurumun prezidenti seçilib. 

News365.az xəbər verir ki, bu barədə RTF-in rəsmi saytı məlumat yayıb.

Şoyqunun namizədliyini bütün nümayəndələr yekdilliklə dəstəkləyib. O, çıxışında triatlonun əlçatan və populyar idman növü kimi daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, məşqçi heyətinin və triatlonla məşğul olan uşaqların sayının artırılmasının prioritet istiqamətlərdən biri olacağını qeyd edib.

“Mən triatlonun inkişafı üçün mümkün olan hər şeyi edəcəyəm. Qarşıma qoyduğum ən mühüm hədəflər Los-Ancelesdə keçiriləcək növbəti Olimpiya Oyunlarına hazırlıq, triatlon mərkəzinin tikintisi, məşqçi heyətinin artırılması, əlavə ehtiyatın formalaşdırılmasıdır, çünki bunlara həqiqətən çox ehtiyac var. Mən hər kəsə təşəkkür etmək istəyirəm. İndi əlimizdə olanlarla dayanmayacağıq: biz hazırkı şöbələri işlədəcəyik, yeniləri açacağıq, buna görə də maddi-texniki təchizata külli miqdarda pul xərclənəcək”.

Qeyd edək ki, Kseniya Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun qızıdır.



Youtube kanalımız

Oxşar xəbərlər