Hazırda Bakıda internet problemi yaşanır.
News365.az xəbər verir ki, problem daha çox “Azercell” abunəçilərində müşahidə olunur.
Belə ki, şəhərin kənar qəsəbələrində abunəçilər internetə daxil ola bilsələr, xüsusən Bakının mərkəzində internetə qoşulmaq mümkün deyil.
Problemin hansı səbəbdən meydana çıxması ilə bağlı hələlik məlumat verilməyib.