Sobyanin: HHM sistemi Moskvaya doğru uçan PUA-nı vurub

Sobyanin: HHM sistemi Moskvaya doğru uçan PUA-nı vurub
18 İyl 2025 14:43

Hava Hücumundan Müdafiə (HHM) sistemi Moskvaya doğru uçan pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin məlumat verib.

"Müdafiə Nazirliyinin HHM qüvvələri Moskvaya yönəlmiş pilotsuz təyyarəni vurub. Dron qalıqlarının düşdüyü ərazidə fövqəladə hallar üzrə xidmətlərin mütəxəssisləri işləyirlər", - mer yazıb.


Sizin reklam burada
Sizin reklam burada